Dünya futbolu

Futbol tarixinin ən yaxşı qurtarışları – VİDEO

“GiveMeSport” futbol tarixinin ən yaxşı seyvlərinin reytinqini yeniləyib.

Aut.az xəbər verir ki, siyahıda ilk pilləni 1970-ci il dünya çempionatının qrup mərhələsində İngiltərə yığmasının qapıçısı Qordon Benksin xilası tutub. O, əfsanəvi Pelenin baş zərbəsini dəf edib. Bir çox nəşrlər bu qurtarışı “əsrin xilası” adlandırdılar.

İkinci yerdə 2022-ci il dünya çempionatının finalında son saniyələrdə Randal Kolo Muaninin zərbəsini dəf edərək, komandasına – Argentina millisinə çempionluq gətirən qapıçı Emiliano Martines qərarlaşıb.

“İlk üçlüy”ü “Sanderlend”in qapıçısı Cim Montqomerin 1973-cü ildə İngiltərə Kubokunun finalında “Lidslə” oyundakı qurtarışı qapayıb.

Qeyd edək ki, əfsanəvi qapıçılar Canluici Buffon və İker Kasilyasın da seyvləri “ilk onluq”da yer alıb.

Aut.az