Dünya futbolu

Görün Neymar hansı paylaşımı bəyəndi

Neymar yenidən Kilian Mbappe ilə bağlı qalmaqallı paylaşımı bəyənib.

Aut.az xəbər verir ki, “FiqueiPutoMesmo” səhifəsində “L’Équipe”nin məqaləsindən bir parça yerləşdirib: “Keçən yay Kilian Mbappe PSJ rəhbərliyinə açıq şəkildə bildirdi ki, Neymarla eyni komandada olmamalıdır. Neymar praktiki olaraq “Əl Hilal”a keçdiyi gün Mbappe çox məmnun halda məşqə qayıtdı”.

Braziliyalı futbolçu bu paylaşımı bəyənib. Neymar Mbappeni tənqid edən paylaşımları ilk dəfə bəyənmir. O, may ayında Kilianın xarakterindən bəhs edən videonu da bəyənmişdi.

Aut.az