Dünya futbolu

“Ronaldo 40 yaşında belə digər futbolçular üçün nümunədir”

“Əl-Hilal”ın baş məşqçisi, portuqaliyalı mütəxəssis Jorje Xesus “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo haqqında danışıb.

Aut.az xəbər verir ki, həmyerlisinə heyran olduğunu bildirib:

“Bilmirəm Ronaldo 1000 qola çatacaqmı, amma bunun baş verməsini istəyərdim. Çünki Ronaldo başqaları üçün nümunədir. O, 40 yaşında belə nümunədir. “Əl Nəsr”in bəzi oyunçularını televiziyada görə bilərsiniz, amma mən onları Səudiyyə Ərəbistanından görürəm.

Kriştiano hələ öz oyunu baxımından gəncdir. Düzünü desəm, onun nə qədər oynayacağını bilmirəm. O, 100% peşəkar olduğu üçün dünyada heç kəs kimi öz bədəninə qulluq edir və buna görə də 40 yaşında hələ də güclənir.

Ondan tez-tez oyunçularıma nümunə kimi istifadə edirəm. Ronaldo dünyanın bütün oyunçuları üçün nümunədir. İdmançının karyerasını uzun müddət davam etdirən təkcə məşq prosesi deyil, həm də bərpa işləridir. Bu gün isə futbolçunun sağalması əsas əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, Ronaldo bu mövsüm bütün turnirlərdə “Əl Nəsr”in heyətində 33 matçda 28 qol vurub və 4 məhsuldar ötürmə edib.

Aut.az