İspaniya

Qəzəbləndi: İspaniya futboluna buna görə baxmırlar

“Barselona”nın baş məşqçisi Xavi İspaniya çempionatının 1-ci turunda “Xetafe” ilə oyundan (0:0) sonra qəzəblənib.

“Barselona”nın cinah oyunçusu Rafinya matçın ilk hissəsində, “Xetafe”nin hücumçusu Xayme Mata isə ikinci hissədə qırmızı vərəqə alıb. Xavi də ikinci hissədə mübahisə etdiyi üçün hakim Sezar Soto Qradodan qırmızı vərəqə alıb.

Ümumilikdə matçın vaxtına 19 dəqiqə əlavə olunub və “Barselona” futbolçuları rəqibi vaxtı gecikdirməkdə ittiham ediblər.

“İnsanların ispan futboluna baxmaq istəməməsi təəccüblü deyil. Bu, ümumiyyətlə oyun deyildi. Bu biabırçılıqdır”, – Xavi bildirib.

Aut.az