İspaniya

“Real” ona xəbər göndərdi: Nə vaxt istəsən…

“Real” almaniyalı yarımmüdafiəçi Toni Kroosa bildirib ki,  müqaviləni istədiyi vaxt uzada bilər.

Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Mario Korteqana məlumat verib.

Kroos 2014-cü ildən “Real Madrid”də çıxış edir. Bu müddət ərzində yarımmüdafiəçi Madrid klubu ilə 21 kubok, o cümlədən dörd dəfə UEFA Çempionlar Liqasında qalib gəlib.

Bu mövsüm Kroos “Los Blancos”un heyətində bütün turnirlərdə 33 oyun keçirib və bu oyunda 1 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun Madrid klubu ilə müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 14 milyon avrodur.

Aut.az