İspaniya

Pike Şakiradan danışdı: Yeganə arzuım odur ki…

Jerar Pike sükutu pozaraq uzun fasilədən sonra açıqlama verib.

Aut.az xəbər verir ki, “Barselona” və İspaniya millisinin sabiq müdafiəçisi keçmiş həyat yoldaşı Şakira ilə münasibətlərindən danışıb. O, məşhur müğənninin son mahnısına da münasibət bildirib:

“Onun mahnıları haqqında danışmaq istəmirəm. Bütün insanlarlar atdıqları addımlar barədə məsuliyyət daşıyırlar. Xüsusən də bizim kimi valideynlər. Hər kəs öz uşaqlarını qorumaq istəyir. Bu haqda danışmaq istəmirəm. Yeganə arzuladığım odur ki, uşaqlar sağlam olsun”.

Qeyd edək ki, ayrıldıqdan sonra Şakira Pikeyə mesaj göndərən iki mahnı yazdırıb. O etiraf edib ki, bu mahnılar bir çox qadınların himninə çevrilib.