“Atletiko”da səsvermə başladı: Kurtua buna layiq deyil
“Atletiko”da klub üzvləri arasında adları stadionun yaxınlığındakı xatirə lövhələrinə həkk olunacaq 20 oyunçunun seçilməsi üçün səsvermə başlayıb.
Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
“Metropolitano” stadionunun yaxınlığındakı “Əfsanələr Xiyabanı”na daxil ediləcək 20 oyunçu üçün səsvermə artıq başlayıb. 5 yanvarda klubun 151.831 üzvü “Atletiko” tarixini təmsil edəcək demokratik şəkildə seçə biləcəklər. Bu səsvermə digər səsvermələrdən onunla fərqlənəcək ki, qaydalar dəyişdiriləcək: 100-dən çox oyun sayı artıq namizəd seçilərkən əsas amil deyil.
Bu dəyişiklik, Falkao, Luis Suares və Baltazar kimi əfsanələrin hörmətə layiq olduğuna inanan azarkeşlərin tələblərinə cavabdır. Kurtua və Huqo Sançes kimi digərləri isə kluba qarşı hərəkətlərinə və ya açıqlamalarına görə buna layiq deyillər, ona görə də namizədlər arasında deyillər.
Tibo Kurtua “Atletiko Madrid”də 154 oyun keçirib, 76 dəfə qapısını toxunulmaz saxlayıb.
Aut.az
