Dünya futbolu

Məşhur qapıçı Ronaldonun yanına getməyə razılıq verdi, amma…

“Yuventus”un və Polşa millisinin qapıçısı Voyçex Şesnı “Əl-Nəsr”ə keçməyə yaxındır.

Aut.az xəbər verir ki, Polşanın “Meczyki” nəşrinin məlumatına görə, Səudiyyə klubu 34 yaşlı qolkiperə illik təxminən 20 milyon avro maaşla iki illik müqavilə təklif edib.

Şesnı “Əl-Nəsr”ə razılıq verib. Bununla belə, Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu transferə icazə vermədiyi üçün sövdələşmə baş tutmaya bilər.

Polşalının “Yuventus”la müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Xatırladaq ki, qapıçının “Yuventus”da sabiq komanda yoldaşı Kriştiano Ronaldo “Əl-Nəsr”də oynayır.

Aut.az