Dünya futboluİspaniya

Dostları ilə əlaqə saxladı: Madriddə harada yaşayacağını müəyyənləşdirir

Son məlumata görə, bu mövsümün sonunda azad agent kimi “Real Madrid”ə keçəcəyinə qərar verən PSJ-nin hücumçusu Kilian Mbappe Madridə harada yaşayacağına artıq qərar verib.

Aut.az xəbər verir ki, bu barədə “El Chiringuito” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Mbappe Madriddən olan dostları ilə əlaqə saxlayıb ki, onlar ona İspaniya paytaxtının ən rahat ərazilərini tövsiyə etsinlər.

Fransalı hücumçu hazırda PSJ-nin başqa bir oyunçusuna vermək üçün Parisdəki evini təmir edir.

Xatırladaq ki, daha əvvəl mətbuatda “Real Madrid”in prezidenti Florentino Peresin Mbappenin tezliklə “Los Blancos”a keçəcəyi ilə bağlı məşqçilər korpusunu məlumatlandırdığı barədə məlumatlar yayılmışdı.

Aut.az