Əfsanəyə çevrildi: Bütün zamanların rekordçusu oldu – VİDEO
“Qolden Steyt”in ulduz basketbolçusu Stiven Karri MBA tarixində uzaq məsafədən atışlarla 3600 xal toplayan ilk oyunçu olub.
Aut.az xəbər verir ki, fevralın 6-na keçən gecə “Bruklin”lə qarşılaşmada (109:98) Karri 29 xal toplayıb və qövsdən kənardan dörd dəqiq zərbə vurub.
Xatırladaq ki, daha əvvəl “Atlanta” ilə matçda Karri əfsanəvi Kobi Brayantın rekordunu təkrarlamışdı.
