Rəqibini zədələdiyi üçün cərimələndi
NBA “Şarlott Hornets”in müdafiəçisi Lamelo Bollu play-in mərhələsində “Mayami Hit”in mərkəz oyunçusu Bem Adebayo ilə epizod zamanı lazımsız və ehtiyatsız təmasa görə 35 min ABŞ dolları məbləğində cərimələyib (126:127, əlavə vaxt).
Aut.az xəbər verir ki, bu epizod Adebayo üçün ciddi zədə riski yaradıb. Basketbolçu bel nahiyəsindən zədələnib və ümumilikdə cəmi 11 dəqiqə oynadıqdan sonra meydana qayıtmayıb. Boll isə oyunun bitməsinə 4,7 saniyə qalmış keçid zamanı qələbə gətirən atışı reallaşdırıb.
Epizod yenidən nəzərdən keçirildikdən sonra 24 yaşlı amerikalıya əlavə olaraq 2-ci dərəcəli qeyri-idman hərəkəti foulu da verilib. Maraqlıdır ki, oyun zamanı həmin epizoda görə heç bir fauul təyin olunmamışdı.
Bundan əlavə, NBA Bollu play-in oyunundan sonra televiziya müsahibəsi zamanı qeyri-etik ifadələr işlətdiyinə görə daha 25 min dollar cərimələyib.
“Şarlott” aprelin 17-də NBA pley-offuna vəsiqə uğrunda “Orlando Mecik”lə qarşılaşacaq.
Aut.az
