Basketbol

NBA ilə FIBA birgə turnir yaradır: 3 milyard gəlir var

Milli Basketbol Assosiasiyası (NBA) və Beynəlxalq Basketbol Federasiyası (FIBA) klub turnirinin yaradılmasını müzakirə edir.

Aut.az xəbər verir ki, bu barədə “Sportico” məlumat yayıb.

Mənbənin sözlərinə görə, yeni turnir Avroliqa ilə rəqabət aparmalıdır. Seçimlərdən biri müstəqil Avropa NBA liqasının yaradılmasıdır.

Fevral ayında NBA liqanın Avropadakı imkanlarını qiymətləndirmək üçün investisiya bankı “Raine Group”u işə cəlb edib.

Avropanın və dünyanın digər regionlarının böyük komandalarının iştirakı ilə beynəlxalq yarışın keçirilməsi variantı da nəzərdən keçirilir.

“Raine Group”a görə, Avropa və Yaxın Şərqdəki basketbol ekosistemi ildə 3 milyard dollara qədər gəlir gətirə bilər.

Aut.az