Basketbol

Həqiqəti deməyə görə 25 min cərimə  

Noyabrın 16-da, adi NBA mövsümündə “Milwaukee” “Charlotte” ilə qarşılaşıb (114:115).

Aut.az xəbər verir ki, “Baksın” baş məşqçisi Dok Rivers hakimlərin səhvinə diqqət çəkib və onların işi barədə sərt danışıb.

“Mənə elə gəldi ki, son epizodda hakimlər səhv qərar verdilər. Bu, komandamıza qarşı ardıcıl ikinci səhvdir. Əlbəttə ki, bunu qəbul etmək çətindir”, – Rivers deyib.

Daha sonra hakimlər səhvi etiraf etdilər. Bununla belə, oyunun nəticəsi dəyişməz qalıb.

Hakimlərin günahını etiraf etmələrinə baxmayaraq, NBA tənqidinə görə Dok Riversi 25.000 dollar cərimələyib.

Aut.az