Xoşbəxtdir: Müqaviləni uzadacaq
“Milan” yarımmüdafiəçisi Ticani Reynders lə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.
26 yaşlı yarımmüdafiəçi İtaliyada xoşbəxtdir və digər klubların onunla maraqlanmasına baxmayaraq, müqaviləsini uzatmağa hazırdır.
Bu mövsüm Ticani Reynders klub səviyyəsində 14 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Aut.az
