İtaliya

Gələcəyi qeyri-müəyyəndir: Ümidi yalnız onadır

“Roma”nın alman müdafiəçisi Mats Hummels-in gələcəyi tam aydın deyil.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Patrik Berger mə\lumat yayıb.

35 yaşlı alman futbolçu qışa qədər oyun vaxtı ilə bağlı vəziyyətin düzəldilməsini gözləyir, əks halda klubu tərk edə bilər. Karyerasını bitirmək variantı da istisna edilmir.

Hummels bu mövsüm cəmi 23 dəqiqə meydanda olub, lakin Klaudio Ranyerinin “Roma”nın baş məşqçi postuna gəlişi Matsın klubdakı gələcəyinə bir qədər optimizm verib.

Aut.az