Qalmaqal: Rumıniya-Kosovo matçı bu səbəbdən yarıda qaldı – VİDEO
UEFA Millətlər liqasının J qrupunun 5-ci turu çərçivəsində keçirilən Rumıniya – Kosovo matçı yarıda qalıb
Aut.az xəbər verir ki, 0-0 hesabı ilə davam edən matçın son anlarında Kosova və Rumıniya millisinin futbolçuları arasında qarşıdurma yaşanıb. Daha sonra rumıniyalı azarkeşlərin Serbiyaya dəstək şüarları səsləndirməsindən qəzəblənən Kosovo millisinin futbolçuları meydanı tərk edib.
Qeyd edək ki, Rumıniya 13 xalla yer aldığı qrupda liderdir. Kosovo isə 10 xalla ikinci pillədə qərarlaşıb.
