İtaliya

Siftəsi bəd gəldi, üzr istədi

“Napoli”nin baş məşqçisi Antonio Konte A Seriyasının 2024/2025-ci il mövsümünün 1-ci turunda komandasının səfərdə ” Verona”ya 0:3 hesabı ilə uduzduğu matçla bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, mütəxəssis azarkeşlərdən üzr isyəib.

“Demək istərdim ki, bizi bu cür ehtirasla izləyən neapollu azarkeşlərdən üzr istəməliyik. Mən məşqçiyəm və bütün məsuliyyəti öz üzərimə götürməyim düzgündür.

Təvazökarlıqla üzr istəyirəm, çünki ikinci hissə qəbuledilməz idi. Oyun göstərdi ki, bütün aspektlərdə çox çalışmaq lazımdır. Mən Neapola böyük həvəs və böyük arzu ilə gəlmişəm. Məqsədim “Napoli”yə kömək etməkdir”, – Konte deyib.

Antonio Konte bu ilin yayından “Napoli”yə rəhbərlik edir.

Aut.az