Rəqib azarkeşlərə pivə söz verdilər: Oyunda yaşananlara görə
“Komo” komandaların növbəti oyununda “Napoli” azarkeşlərini pulsuz pivə ilə qonaq edəcək.
Aut.az xəbər verir ki, Oktyabrın 4-də “Napoli” A seriyasının 7-ci turunun matçında evdə “Komo”ya qalib gəlib – 3:1. Amma qonaqlar matçdakı ab-havadan o qədər heyrətləniblər ki, 2025-ci ildə 26-cı tur çərçivəsində baş tutacaq komandaların növbəti oyununda partenopiyalı azarkeşləri sevindirəcəklərinə söz veriblər.
“Komo” diqqətə görə “Napoli” və onların azarkeşlərinə təşəkkür etmək istəyir. Buna görə də “Stadio Cüzeppe Siniyayliya”da keçiriləcək cavab matçına qatılan hər bir neapollu azarkeş üçün pivə pulsuz olacaq”.
Aut.az
