Boks

Əfsanəvi boksçu öldü

Cümə axşamı, 16 apreldə keçmiş meksikalı boksçu Migel Kanto vəfat edib.

Aut.az xəbər verir ki, bu barədə WBA-nın mətbuat xidməti məlumat yayıb.

Onun ürəyi 78 yaşında dayanıb. “Kiçik Ustad” ləqəbli bokçu yüngül çəki kateqoriyasında yarışdı, bir çox yüksək səviyyəli qələbələr qazanıb və əsl əfsanəyə çevrilib.

Meksikalı ilk üç peşəkar döyüşündə iki məğlubiyyətə uğrayıb, lakin əlamətdar bir karyera qurmağı bacarıb.  O, 1975-ci ildə yaponiyalı Şoci Oqumanı məğlub edərək WBC versiyasında dünya çempionu olub.

Aut.az