Özünü “ən böyük boksçu” adlandırmaqdan imtina etdi
WBA, WBC, IBF və IBO ağır çəki titullarına sahib olan 39 yaşlı ukraynalı Aleksandr Usik özünü ən böyük boksçu adlandırmaqdan imtina edib.
Aut.az xəbər verir ki, ESPN Usıkdan sitat gətirib:
“Mən artıq çox şeyə nail olmuşam, amma durub “Mən ən böyüyəm” demirəm. Özümü kürsüyə qoymuram. Qoy insanlar özləri qərar versinlər. Mən sadəcə öz işimi görürəm: məşq edirəm, mübarizə aparıram, qalib gəlmək üçün əlimdən gələni edirəm”.
Xatırladaq ki, Usik 20 iyulda Londondakı “Uembli” stadionunda keçirilən son döyüşündə britaniyalı Daniel Dyubua ilə rinqi bölüşmüşdü və beşinci raundda nokautla qalib gəlmişdi. Bu, boksçular üçün revanş döyüşü idi.
Usik peşəkar karyerasında 24 qələbə qazanıb ki, bunlardan 15-i nokautla olub və məğlubiyyəti yoxdur.
O, peşəkar debütünü 2013-cü ilin noyabr ayında edib.
Aut.az
