Rəqibi Taysonla bağlı xəbərə belə reaksiya verdi
Amerikalı videobloqer Ceyk Pol Mayamidən Los-Ancelesə uçarkən tibbi yardıma ehtiyacı olan keçmiş ağır çəkidə mütləq dünya çempionu Mayk Taysonla bağlı fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, o, xəbərin uydurma olduğunu iddia edib.
“Siz faktları bilmədən kliklər, bəyənmələr üçün hər cür cəfəngiyyat uydurmağı xoşlayırsınız. Heç nə dəyişməyib”, – deyə Pol X səhifəsində yazıb.
Xatırladaq ki, Ceyk Pol və Mayk Tayson arasında boks döyüşü iyulun 20-də ABŞ-da baş tutacaq.
Aut.az
