“Real”ın oyunçusu Maradonanın rekordunu qırdı
“Real Madrid”in cinah futbolçusu Franko Mastantuono Argentina millisində Dieqo Maradonanın rekordunu qırıb.
Sentyabrın 10-a keçən gecə Mastantuono DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ekvadorla matçda (0:1) Lionel Messinin yoxluğunda 10 nömrəli formada meydana çıxıb.
Aut.az xəbər verir ki, “Marca”nın məlumatına görə, Mastantuono 1979-cu ildə Maradonanın rekordunu (18 yaş, 9 ay, 3 gün) üstələyərək, 18 yaş 23 günlükdə Argentina millisinin tarixində ən gənc 10 nömrə olub.
Aut.az
