Mbappeni təhqir edən fanat həbs edildi
İspaniya La Liqasının 2-ci turunda “Real Madrid”in hücumçusu Kilian Mbappeyə qarşı irqçi jestlər və səslər səsləndirməkdə şübhəli bilinən “Ovyedo” azarkeşi saxlanılıb.
Aut.az xəbər verir ki, bu barədə “Marca” İspaniya Milli Polisinə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, fanat videokamera görüntülərindən müəyyən edilib. İş nifrət cinayətlərini araşdıran prokurorluğa verilib. İspaniya qanunlarına görə, belə bir hərəkət üç ilə qədər həbs cəzası və ya stadionlara giriş qadağası ilə birlikdə 60-650 min avro cərimə ilə cəzalandırıla bilər.
Qarşılaşma avqustun 24-də Ovyedo şəhərindəki “Karlos Tartiere” stadionunda baş tutub. “Real Madrid” “Ovyedo”nu 3:0 hesabı ilə məğlub edib. Mbappe bu görüşdə iki dəfə fərqlənib.
Aut.az
