2027-ci ildə ÇL-in finalı bu şəhərdə keçiriləcək
UEFA Çempionlar Liqasının 2026/2027-ci il mövsümünün finalı Madriddəki “Riyadh Air Metropolitano” stadionunda keçiriləcək.
Aut.az xəbər verir ki, bu barədə İspaniyanın COPE nəşri məlumat yayıb.
“Riyadh Air Metropolitano” “Atletiko”nun stadionudur.
“Metropolitano” stadionu 1993-cü ildə tikilib və 70,692 tamaşaçı tutumuna malikdir.
2025/2026 mövsümünün finalının mayın 30-da Budapeştdəki “Ferens Puşkaş” stadionunda keçiriləcəyi daha əvvəl açıqlanmışdı.
Aut.az
