İspaniya

“Atletiko” Simeonenin oğlu ilə bağlı bu addımı atdı

“Atletiko”nun hücumçusu Juliano Simeone klubla müqaviləsini uzadıb.

Aut.az xəbər verir ki, madrid təmsilçisi ilə yeni anlaşma 2030-cu ilin yayına qədər qüvvədə olacaq.

Simeone 2019-cu ildə «Atletiko»nun akademiyasına qoşulub, ötən mövsüm isə əsas komandanın heyətində debüt edib.

23 yaşlı futbolçu cari mövsümdə La Liqada 18 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Juliano “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğludur.