O gedir, icra strukturunda dəyişiklik olacaq
“Barselona”nın direktoru Mateu Alemani 2024-cü ilə qədər müqaviləsi olmasına baxmayaraq, iyunun 30-da komandada ayrılacaq.
Aut.az xəbər verir ki, o, yeni peşəkar layihəyə başlayacaq. Bu barədə klubun rəsmi saytında məlumat verilib. Mateu niyyəti barədə “Barselona”nın prezidenti Joan Laportaya məlumat verib.
Alemani Laportanı əmin edib ki, yay transfer dövrünün sonuna qədər klubla işləməyə davam edəcək. Belə ki, iyulun 1-dən formal gedişinə baxmayaraq, qeyri-rəsmi razılaşmaya əsasən, əsas komandanın işlərini növbəti transfer pəncərəsinin sonuna qədər idarə etməyi öhdəsinə götürüb.
“Barselona” Alemaninin gedişindən qısa müddət sonra klubun futbol icra strukturunda dəyişikliklər edəcək.
Aut.az
