İspaniya

“Real” gözünü ona dikdi

Dortmund “Borussiya”sının mərkəz müdafiəçisi Niko Şlotterbek “Real”ın əsas transfer hədəfinə çevrilib.

Aut.az xəbər verir ki, bu barədə “The Touchline” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, “kral klubu” daha əvvəl Dayo Upamekano, Mark Gehi və Jeremi Jakeni transfer etməkdə uğursuz olduqdan sonra diqqətini Şlotterbekə yönəldib. “Real” yay transfer pəncərəsində yeni mərkəz müdafiəçisi almaqda israrlıdır. Əgər alman futbolçunun keçidi də baş tutmasa, madridlilər hazırda “Komo”da uğurla çıxış edən öz yetirmələri Hakobo Ramonu geri qaytarmağı planlaşdırırlar.

Bu mövsüm 26 yaşlı Şlotterbek bütün turnirlərdə 25 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “Borussiya” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 55 milyon avro olaraq qiymətləndirir.

Aut.az