Pikedən “Espanyola” cavab: Uzun illərdir şəhərdə yoxsunuz
Jerar Pike “Espanyol”un baş məşqçisinə “Barselona” ilə bağlı fikirlərinə görə cavab verib.
“Espanyol” La Liqanın 36-cı turunda “Barselona”ya uduzub (0:2) .
79-cu dəqiqədə “Espanyol”un müdafiəçisi Leandro Kabrera əli ilə Lamin Yamalın qarnına vurduğu üçün qırmızı vərəqə alıb.
Aut.az xəbər verir ki, matçdan sonra “Espanyol”un baş məşqçisi Manolo Qonsales deyib: “Barsa”nın oyunçuları asqırmaqdan yıxılırlar. Diaqonalın o biri tərəfində teatr nizamlanıb”.
“Diaqonalın o biri tərəfində? 😂 Bağışlayın, amma “Espanyol” uzun illərdir şəhərdə yoxdur. “Barselona” mavi və nar rəngindədir. Möhkəm qucaqlayıram”, – “Barselona”nın keçmiş müdafiəçisi yazıb.
Aut.az
