“Qızıl top”un qalibi xəstəxanadan evə buraxıldı
“Qızıl top”un ikiqat qalibi (2023 və 2024) Aytana Bonmati viral meningit diaqnozu ilə yerləşdirildiyi xəstəxanadan evə buraxılıb.
Aut.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb.
İspaniya millisinin 27 yaşlı futbolçusu xəstəlik səbəbindən Yaponiya ilə yoldaşlıq görüşünü (3:1) buraxıb.
Bonmatinin tezliklə Avropa çempionatına hazırlaşan milli komandaya qoşulacağı gözlənilir.
“Barselona”nın yarımmüdafiəçisi bazar günü xəstəxana yatağından çəkdirdiyi fotonu sosial şəbəkədə yerləşdirərək yazmışdı: “Xoşbəxtlikdən hər şey yaxşı gedir. Ümid edirəm ki, tezliklə qayıdacağam”.
İspaniya AVRO-2025-də ilk oyununu iyulun 3-də Portuqaliyaya qarşı keçirəcək.
Aut.az
