Dünya futboluTürkiyə

“Beşiktaş” onu geri qaytarır?

“Spartak”ın mərkəz yarımmüdafiəçisi Jedson “Beşiktaş”ın onu geri qaytarmaq istədiyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Aut.az xəbər verir ki, “Match TV” Jedsondan sitat gətirib:

“Deyilənlər mənim üçün yeni xəbərdir. Bu şayiələri sizdən eşidirəm. Bu suallar mənə ünvanlanmamalıdır. Mən “Spartak”ın oyunçusuyam və tamamilə qarşıdakı oyuna və nə edilməli olduğuna diqqət yetirirəm”.

27 yaşlı portuqaliyalı futbolçu 2025-ci ilin yayında “Beşiktaş” dan “Spartak” a keçib. Daha əvvəl Jedsonun Rusiyada xoşbəxt olmadığı, Türkiyəyə qayıda biləcəyi barədə xəbərlər yayılmışdı.

Aut.az