Dünya futbolu

Ronaldinyo hansı futbolçunun oyunundan zövq alır?

2005-ci ildə “Qızıl top”un qalibi Ronaldinyo “Milan”ın növbəti mövsüm üçün perspektivlərini dəyərləndirib.

Aut.az xəbər verir ki, “Milan”ın sabiq futbolçusu portuqaliyalı hücumçu Rafael Leaonun oyunu ilə bağlı fikirlərini də bölüşüb.

“Milan”ın gözəl oyunçuları var, onların yaxşı komandası var. Düşünürəm ki, gələn il onlar böyük uğurlar qazana bilərlər.

Leau üçün məsləhət? Onun məsləhətə ehtiyacı yoxdur, o, əla futbolçudur. O, izləməkdən ən çox zövq aldığım oyunçulardan biridir”, – “Milan News” Ronaldinyodan sitat gətirib.

Bu mövsüm Leao klub səviyyəsində 43 oyun keçirib, 10 qol vurub və 9 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.

Aut.az