Dünya futbolu

Görün gəncliyində Messini hansı klublar istəyib

Lionel Messinin ilk agenti Oracio Qacoli gəncliyində argentinalı ilə hansı klubların maraqlanmasından danışıb.

“Real Madrid” gənc yaşlarında onunla maraqlanırdı. Emanın 16-17 yaşı var idi. Lakin Leo heç vaxt “Barselona”dan ayrılmaq istəmirdi. “Arsenal” da karyerasının əvvəlində Messi ilə müqavilə bağlamaqda maraqlı idi. Amma Leo istəmədi”, – Qacoli deyib.

Xatırladaq ki, Messi “Barselona”ya 2000-ci ildə 13 yaşında keçib. O, 2021-ci ilə qədər klubda çıxış edib.

Aut.az