Dünya futbolu

KONKAKAF Millətlər Liqasında çempion bilindi

Mərkəzi Amerika və Karib hövzəsi (KONKAKAF) Millətlər Liqasında çempion məlum olub.

Aut.az xəbər verir ki, həlledici oyunda ABŞ və Kanada yığmaları üz-üzə gəlib. Görüş amerikalıların 2:0 hesablı qələbəsiylə başa çatıb. ABŞ-yə çempionluq gətirən qolları Kris Riçards və Folarin Baloqun vurub.

ABŞ yığması ardıcıl ikinci dəfə turnirin qalibi olub.