Dünya futbolu

4 dəqiqəyə görə xərcə düşəcəklər

Niderland Erediviziyası son turu çərçivəsində yarımçıq dayandırılan AZ – “Niymegen” matçıyla bağlı qərar verilib.

Aut.az xəbər verir ki, yerli federasiya görüşün qaldığı yerdən – 90+1-ci dəqiqədən davam etdirilməsi barədə qərar verib. 4 dəqiqəlik qarşılaşmanın baş tutacağı tarix daha sonra açıqlanacaq.

Xatırladaq ki, görüş qonaqların hücumçusu Bas Dostun huşunu itirməsi səbəbindən dayandırılıb. İlkin tibbi yardım göstərildikdən sonra futbolçu xəstəxanaya aparılıb. Futbolçunun özü səhhətinin qaydasında olduğunu açıqlayıb.

Əlavə edək ki, hadisə baş verməmişdən öncə hakimlər briqadası matçın əsas vaxtına 5 dəqiqə əlavə edildiyini elan etmişdi. Həmin vaxt hesab qonaqların xeyrinə olub – 1:2.

Aut.az