Dünya futbolu

Van der Sardan nə xəbər var?

Beyin qanaması keçirən niderlandlı futbol əfsanəsi Edvin van der Sarın həyatı təhlükəsi qalmayıb.

Aut.az xəbər verir ki, həyat yoldaşı Annemarie van Kesteren “Ayaks” tərəfindən yayımlanan açıqlamada sabiq qolkiperin hələ də reanimasiyada olduğunu, lakin vəziyyətin yaxşılığa doğru qismən dəyişdiyini bildirib: “Vəziyyətin necə inkişaf edəcəyini görmək üçün səbirlə gözləməliyik”.

“Mançester Yunayted”in və “Yuventus”un keçmiş qapıçısı keçən həftə Xorvatiyada tətildə olarkən beyin qanaması keçirib.