Dünya futbolu

Skuterlə adam öldürən futbolçuya bu cəza verildi

“Renn”in hücumçusu Matis Lamburd ölümlə nəticələnən yol qəzasına görə şərti cəza alıb.

Aut.az xəbər verir ki, bu barədə “ L’Équipe” məlumat yayıb.

18 yaşlı futbolçu 2 il şərti həbs cəzasına məhkum edilib.

Faciə 2024-cü il iyunun 18-də baş verib. Lamburd elektrikli skuterlə 51 yaşlı qadını vuran iki gəncdən biri olub. Zərərçəkmiş altı gündən sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.

Nəqliyyat vasitəsini futbolçunun idarə etdiyi məlum olub. Axşam saatlarında Renn şəhərinin mərkəzində o, nəqliyyat üçün bağlanan səkidə hərəkətdə olarkən 20 km/saatdan çox sürətlə qadına çırpılıb. Elektriklə işləyən skuter sığortalanmayıb və futbolçunun atasına məxsus olub.

Aut.az