QADAĞANDIR
Ukrayna Futbol Federasiyasının Rusiya Futbol Federasiyasına qarşı sanksiya tətbiq edilməsi ilə bağlı UEFA-ya müraciətinə qurumdan rəsmi cavab gəlib.
Aut.az xəbər verir ki, Ukraynanın Rusiya tərəfindən işğal edilmiş ərazilərinin (Krım) klubları Rusiya Futbol Federasiyası tərəfindən Rusiya 2-ci liqasında mübarizə aparmaq icazəsi alıb. Ukrayna isə rəsmi müraciət edərək, həmin klubların başqa ölkə çempionatında iştirakının yolverilməz olduğunu bildirib.
UEFA-nın mətbuat xidməti sorğuya cavab olaraq bildirib ki, 2015-ci ildən Krım klublarının Rusiya Futbol Federasiyası bayrağı altında təmsil olunmağı qadağan edilib.
