Dünya futbolu

UEFA-da Rusiya ilə bağlı müzakirə – Şevçenko hiddətləndi

UEFA-nın iclasında Rusiyanın beynəlxalq yarışlara buraxılması təklif edilib.

Aut.az xəbər verir ki, söhbət yalnız gənclərin yarışlarından gedir. Bu barədə ukraynalı jurnalist və şərhçi Viktor Vatsko bildirib.

Mənbənin sözlərinə görə, rusların dünya səhnəsinə qayıtma ehtimalı Fransada UEFA-ya üzv olan assosiasiyaların prezidentləri və baş katiblərinin illik toplantısında müzakirə olunub. .

Məsələnin müzakirəsi təşəbbüsü Yunanıstan Futbol Federasiyasının prezidenti tərəfindən irəli sürülüb. Onu Bosniya və Herseqovina, Monteneqro, Qazaxıstan, Rusiya və Belarusun nümayəndələri dəstəkləyib.

Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko qərarla razılaşmayıb. Mənbə bildirir ki, idman funksioneri “çox güclü performans göstərib”. O, Ukraynadakı vəziyyəti xatırladaraq belə qərarlardan hiddətlənib.

Şevçenkonun çıxışı UEFA-nın yekun qərarına təsir edə bilər. Onun sözləri UEFA- ya üzv ölkələrin əksər nümayəndələri ilə şəxsi pərdəarxası danışıqlarda da müzakirələrə səbəb olub.

Rusiyalı futbolçular 2022-ci ildən beynəlxalq yarışlardan kənarlaşdırılıb.

Aut.az