Dünya futboluİspaniya

Messi “Barsa”da bu vəzifəni istəyir, amma…

2023-cü ildən Amerikanın “İnter Mayami” klubunda çıxış edən “Barselona”nın keçmiş hücumçusu Lionel Messi Kataloniya klubunun idman direktoru olmaq istəyir.

Aut.az xəbər verir ki, bu barədə “El Chiringuito” məlumat yayıb.

Lakin mənbənin sözlərinə görə, Argentina Futbol Assosiasiyası (AFA) ona Argentina millisində texniki direktor vəzifəsini təklif etsə, o, buna üstünlük verəcək.

Xatırladaq ki, dünən, oktyabrın 30-da Messi karyerasında səkkizinci də “Qızıl top”a layiq görülüb.

Aut.az