Modriçin meneceri danışdı: Çox güman ki…
“Real”ın 38 yaşlı yarımmüdafiəçisi Luka Modriçin agenti Vladica Lemiç müştərisinin gələcəyindən danışıb.
Aut.az xəbər verir ki, o, “Marca”ya açıqlamasında bu sözləri deyib:
“Çox güman ki, daha bir il qalıb tarix yazmağa davam edəcək. “Real” futbol tarixinin ən yaxşı prezidentinin rəhbərlik etdiyi dünyanın ən yaxşı klubudur. Luka Modriç “Real” azarkeşidir və bu klubu öz evi hesab edir”,
Xatırladaq ki, Xorvatiyalının “Los Blankos” ilə müqaviləsi yayda başa çatır.
Modriç 2012-ci ildən “Real”da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 531 matçda iştirak edib, 39 qol vurub, 86 məhsuldar ötürmə edib.
