“Bayer” Bundesliqada elə bir tarix yazdı ki…
“Bayer” Bundesliqanın 34-cü turu çərçivəsində “Auqsburq”a qalib gəlib.
Aut.az xəbər verir ki, görüş 2:1 hesabı ilə başa çatıb. Viktor Bonifas və Robert Andriç hərəyə bir qol vurub.
Bu nəticə “Bayer”in Bundesliqada mövsümü heç bir məğlubiyyət olmadan başa vurması deməkdir. Bu, Bundesliqa tarixində ilk belə haldır.
Xabi Alonsonun rəhbərlik etdiyi komanda 28 qələbə və 6 heç-heçə ilə 90 xal toplayıb.
“Bayer” bütün turnirlərdə 51 matçdır məğlub olmayıb.
Aut.az
