“Borussiya”da şok ayrılıq: istefa verdi
Dortmund “Borussiya”sı Edin Terziçin komandanın baş məşqçisi postundan istefa verdiyini açıqlayıb.
Aut.az xəbər verir ki, 41 yaşlı mütəxəssisin özü müqaviləyə xitam verilməsini istəyib.
Terziç 2010-cu ildən “Borussiya”da çalışmağa başlayıb. 2018-ci ildə əsas komandanın məşqçilər korpusuna daxil olub, daha sonra baş məşqçi və texniki direktor vəzifələrində çalışıb. 2013-2015 və 2015-2017-ci illərdə Terziç əvvəlcə “Beşiktaş”da, sonra isə “Vest Hem”də Slaven Biliçin köməkçisi olub.
Terziçin rəhbərliyi altında Dortmund klubu 2021-ci ildə Almaniya Kubokunu qazanıb, 2023-cü ildə Bundesliqada 2-ci olub. Bu il isə Çempionlar Liqasının finalına yüksəlib.

