“Bavariya”nın ulduzu ərəblərə “hə” dedi
“Bavariya”nın sol cinah oyunçusu Kinqsli Koman Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun təklifini qəbul edib.
Aut.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.
Daha əvvəl klubların 28 yaşlı fransalı futbolçunun transfer dəyərini razılaşdırdığı məlum olub. Müqaviləni yekunlaşdırmaq üçün yalnız son detalları həll etmək qalır. Komanın Premyer Liqada karyerasını davam etdirmək variantının hələ də qaldığı qeyd edilir.
Koman 2015-ci ilin yayında “Yuventus”dan “Bavariya”ya keçmişdi.
Aut.az
