Bu dili öyrənmək üçün kursa gedir
“Bavariya”nın hücumçusu Harri Keyn Münhen komandasına tam uyğunlaşmaq üçün alman dilini mümkün qədər tez öyrənmək istəyini bildirib.
Aut.az xəbər verir ki, Keyn bunun üçünku7rsa getdiyini bildirib.
“Alman dilini öyrənmək üçün kursa gedirəm. Dərslər həftədə ən azı bir neçə dəfə keçirilir. Komandaya mümkün qədər tez uyğunlaşmaq istəyirəm və bunun üçün dil öyrənmək çox vacibdir. Çalışacağam”, – “Bayern&Germany” “X” sosial şəbəkəsində (keçmiş Twitter) Keyndən sitat gətirib.
Keyn ötən yay 105 milyon avroya “Tottenhem”dən “Bavariya”ya keçib. Bu mövsüm forvard Münhen komandasının heyətində bütün yarışlarda 27 oyun keçirib, 28 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun alman klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 110 milyon avrodur.
Aut.az
