Türkiyə

Diniyevin komandasında baş məşqçi ayrılığı

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyespor”da baş məşqçi Mustafa Gürsellə yollar ayrılıb.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Ümraniyespor” I Liqada 21 turdan sonra 24 xalla 11-ci sıradadır.

Coşqun bu mövsüm çempionatda 19 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.