Almaniya

“Bavariya” onun transferini tamamlayır

“Bavariya” “Nyukasl”ın hücumçusu Entoni Qordonun transferi ilə bağlı prinsipial razılıq əldə edib.

Aut.az xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, indi tərəflər arasında futbolçunun keçidi ilə bağlı klub səviyyəsində danışıqlar aparılacaq. Transferin yay keçid pəncərəsində rəsmiləşəcəyi gözlənilir.

İngiltərə klubu 25 yaşlı futbolçunun satışından təxminən 85 milyon avro gəlir əldə etmək niyyətindədir.

Qordon 2023-cü ilin yanvarından etibarən “Nyukasl”ın formasını geyinir. Onun müqaviləsi 2030-cu il iyulun 1-dək qüvvədədir. Entoni cari mövsümdə bütün turnirlərdə keçirdiyi 46 oyunda 17 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az