Keyn Droqbanı ötdü
“Bavariya”nın hücumçusu Harri Keyn Çempionlar Liqasının tarixində 45 qol vuraraq turnirin ən yaxşı bombardirlər siyahısında 17-ci yerə yüksəlib.
Aut.az xəbər verir ki, Keyn üçüncü turda “Brügge”yə qarşı keçirilən oyunda (4:0) qol vurub. 32 yaşlı hücumçu aktivin 44 qol olan Didier Droqbaya ötüb.
16-cı yerdə Filippo İndzaqi qərarlaşıb – 81 oyunda 46 qol. Turnirin ən məhsuldar futbolçusu isə Kriştiano Ronaldo olaraq qalır. O, 140 qol vurub.
Qeyd edək ki, cari mövsümdə Keyn bütün turnirlərdə 12 oyunda 20 qol vurub və 3 məhsuldar ötürmə edib.
