Vinisius Benzemanı ötdü, Ronaldoya yaxınlaşdı
“Real”ın cinah hücumçusu Vinisius Junior klubun Çempionlar Liqası tarixində ən yaxşı assistentlər siyahısında təmiz ikinci yerə yüksəlib.
Aut.az xəbər verir ki, 25 yaşlı braziliyalı futbolçu Çempionlar Liqasının 7-ci turunda “Monako”ya qarşı keçirilən oyunun 26-cı dəqiqəsində məhsuldar ötürmə ilə yadda qalıb və Kilian Mbappenin qoluna assist edib.
“Madrid Xtra”nın məlumatına görə, Vinisius “kral klubu”nun heyətində Çempionlar Liqasında 28-ci məhsuldar ötürməsini verib və bu göstərici ilə Kərim Benzemanı (27 assist) geridə qoyaraq siyahıda ikinci pilləyə yüksəlib.
Reytinqə 31 assistlə Kriştiano Ronaldo başçılıq edir.
