Böyük dəyişiklik olacaq – Xilaskar gedir
“Borussiya”da (Dortmund) böyük dəyişikliklər gözlənilir.
Aut.az xəbər verir ki, klubun baş direktoru Hans-Yoahim Vatske müqaviləsini yeniləməyəcək və 2025-ci ildə Dortmunddan ayrılacaq. Bu barədə “Sky Sport” məlumat yayıb.
64 yaşlı Vatske 2005-ci ildən “Borussiya”nın baş direktoru vəzifəsində çalışır. İdarə Heyətinin sədri Reinhard Raubal və baş maliyyə direktoru Tomas Tress ilə birlikdə Vatse klubu iflasdan xilas ediblər.
O, klubu yenidən strukturlaşdırdı və sadələşdirdi, xərcləri ciddi şəkildə azaltdı, aydın maliyyə planı hazırladı. Bu müddətdə “Borussiya” iki dəfə Bundesliqanın qalibi olub, üç dəfə Almaniya kubokunu alıb və Çempionlar Liqasının finalına yüksəlib.
“Müqaviləmi yeniləməyəcəyəm. Gələn ilin payızında direktor vəzifəsini tərk edəcəm”, – Vatske deyib.
Aut.az
