Türkiyə

“Adana Dəmirspor” ondan qurtulmaq istəyir – Danışıqlar gedir

“Adana Dəmirspor” Mario Balotelli ilə müqavilənin ləğvi ilə bağlı danışıqlar aparır.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Yağız Sabunçoğlu “X” (keçmiş Twitter) sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin sözlərinə görə, Balotelli Türkiyə klubundan ayrılaraq dizinin müalicəsi üçün İtaliyaya gedib. Xatırladaq ki, italyan forvard 2023-cü ilin noyabr ayının sonunda dizindən zədə alıb və o vaxtdan müalicə olunur.

Bu mövsüm Mario Türkiyə Superliqasında “Adana Dəmirspor”un heyətində 5 oyun keçirib və 3 qol vurub. Eyni zamanda, Transfermarkt internet portalının məlumatına görə, oyunçunun bazar dəyəri 1 milyon avrodur.

Hazırda “Adana Dəmirspor” Super Liqada keçirdiyi 18 matçdan sonra 28 xalla 7-ci pillədə qərarlaşıb.

Aut.az